“Nəqliyyat Nazirliyi polis “miqalkalar”ından qanunsuz istifadə edir”

media-hightechnic-468x90

mahmud haciyev(1.11.2012)Mahmud Hacıyev: “Müfəttişlərin maşınlarında polisə xas olan “miqalka”lardan qanunsuz olaraq istifadə edilir”

Polisə aid olan “miqalkalardan” mülki idarə olan nəqliyyat müfəttişlərinin istifadə etməsi yolverilməz və qanuna ziddir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında sabiq polis polkovniki Mahmud Hacıyev bildirdi: “Hazırda ölkədə elə vəziyyət yaranıb ki, yol müfəttişlərinin sayı Dövlət Yol Polisi əməkdaşlarından çoxdur. Onlara da xüsusi maşın veriblər ki, bu zaman “miqalkadan” istifadə edirlər. Amma əslində, mülki qurumlara həmin “miqalkalardan” istifadə etmək qanunla qəti qadağandır. Ondan ancaq güc strukturları istifadə edə bilər. Bütün sivil ölkələrdə də polisə xas “miqalkalardan” digər maşınların istifadə etməsi qəti qadağandır. Azərbaycanda bu qadağan olsa da, görünən odur ki, yol müfəttişlərinin timsalında bu qadağaya əməl olunmur. Rusiyada daxili işlər naziri Rəşid Nurqaliyev mülki qurumlar bir kənara, polisin özünün də müəyyən xidmət sahələrində “miqalkalardan” istifadə etməsinə son qoydu. Hətta daxili işlər orqanlarının da bəzi xidmət sahələri var ki, onlar xidməti maşınlara “miqalka” qoya bilməz. Bu əməliyyat xidməti və növbətçi hissədə ola bilər. Azərbaycanda isə Nəqliyyat Nazirliyi mülki qurum hesab olunsa da, müfəttişlərin maşınlarında polisə xas olan “miqalka”lardan qanunsuz olaraq istifadə edirlər”.

 

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600