Nəqliyyat sektoruna investisiyalar artıb

media-hightechnic-468x90

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektoru üzrə 2026-cı ilin ilk aylarında da statistik göstəricilərdə artım qeydə alınıb.

media-banner_tuq

RİNN-dən Yenicag.az-a verilən məlumata görə, fevral ayının sonuna olan məlumata əsasən, nəqliyyat və anbar sektorunun ÜDM-də payı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artaraq 7,5%-ə çatıb. Qeyri-neft/qaz ÜDM-də də artım müşahidə olunub və sektorun payı 10,3% təşkil edib.

Sahədə yaradılan əlavə dəyər də yüksəlməkdə davam edir. Yanvar-fevral aylarında bu göstərici 1 milyard 381 milyon 900 min manata çatıb. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,4% və ya 105.7 milyon manat artım deməkdir. Sektor üzrə ümumi gəlir isə 2 milyard 267 milyon 200 min manat olub.

İnvestisiya qoyuluşu nəqliyyat sektorunun inkişafında əsas amillərdən biri olaraq qalır. Yanvar-fevral aylarında sahəyə yönəldilən investisiyaların həcmi 606.6 milyon manat olub. Yəni real ifadədə 12,1% artım olub.

Ümumilikdə nəqliyyat və anbar təsərrüfatı sektorunda qeydə alınan müsbət dinamika ölkənin logistika imkanlarının gücləndiyini və regional nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmləndiyini göstərir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05