!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəqliyyat sektorunun inkişafı üçün YENİ ZƏMİN: “İşğaldan azad edilmiş ərazilərimizdə...” - Ekspertdən PROQNOZ

!Reklam – Yazi

“Torpaqlarımızın işğaldan azad olunması nəqliyyat sektorunun inkişafına ciddi zəmin yaradacaq”.

Aslan Əsədov

Bu sözləri Yenicag.az-a açıqlamasında ölkənin nəqliyyat sektorunun gələcək perspektivlərini dəyərləndirən nəqliyyat eksperti Aslan Əsədov deyib.

Ekspert hesab edir ki, ötən il daha çox COVID-19 pandemiyasının yaratdığı çətinliklərlə yadda qalsa da, 2020-ci ili nəqliyyat sektoru üçün uğurlu saymaq olar:

“Ötən il nəqliyyat sektoru ilə bağlı ümumi vəziyyət qənaətbəxş olub. Konkret desək, nəqliyyat sektoru 2020-ci ili ziyanla başa vurmayıb. Pandemiya dövründə sərnişindaşıma ilə bağlı müəyyən məhdudiyyətlər yaransa da, yükdaşımalarla məşğul olan şirkətlər vəziyyətdən nisbətən qazanclı çıxıblar.

Bununla belə, sözügedən sektor il ərzində nəzərə çarpacaq maliyyə itkilərinə də məruz qalıb. Lakin ilin sonlarına doğru Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi nəticəsində gələcəkdə nəqliyyat sektorunun inkişafı üçün ciddi zəmin yaranıb.

Gözlənilən inkişaf tendensiyası demək olar ki, nəqliyyat sektorunun bütün sahələrində özünü büruzə verəcək. Gələcəkdə işğaldan azad olunmuş ərazilərimizə böyük nəqliyyat turlarının olacağı gözləniləndir. Nəticədə istər sərnişindaşıma, istərsə də yükdaşıma potensialından maksimum istifadə ediləcək”.

Gülşən Şərif

www.yenicag.az

1044
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv