Nəsimi rayon məktəbliləri “Sərhədçi” hərbi-vətənpərvərlik düşərgəsində – FOTO – Yenicag.Az

Reklam

Reklam

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan sosial qayğıya ehtiyacı olan, şəhid və Qarabağ veteranı ailələri, həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqların yay tətili günlərinin səmərəli və maraqlı keçirilməsi üçün silsilə tədbirlər, xüsusilə məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, şagirdlərdə hərbçi peşəsinə olan marağın daha da artırılması məqsədi ilə mütəmadi olaraq müxtəlif məqsədyönlü tədbirlər həyata keçirilir.

Məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi peşəsinə hörmət ruhunda tərbiyə olunması məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti ilə birlikdə sərhəd zastavasında məktəblər üçün hərbi-vətənpərvərlik düşərgəsinin təşkili layihəsinə start vermişdir. Belə ki, Nəsimi rayonundakı orta məktəblərin 7-11-ci sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay istirahət düşərgəsi təşkil olunmuşdur.

Nəsimi Rayon İcra Hakimiyyətində “Sərhədçi” yay istirahət düşərgəsində istirahət edəcək uşaqlar , onların valideynləri və məktəb rəhbərləri ilə birgə görüş keçirilmişdir.

çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov iştirakçıları salamlamış, ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördükləri işlərdən, həyata keçirdikləri layihələrdən danışmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Dövlət Sərhəd Xidməti ilə birgə layihə – «Sərhədçi» yay istirahət düşərgəsi yaradılmışdır. Yay istirahət düşərgəsində məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanmışdır. Plana əsasən məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü tennis yarışları, müxtəlif əyləncəli, musiqili tədbirlər keçiriləcək, vətənpərvərlik mövzularında çəkilmiş Azərbaycan filmləri və Dövlət Sərhəd Xidmətinin fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdiriləcəkdir.

Meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı və səmərəli edəcəkdir.

Məktəblilərin yola salınma mərasimində çıxış edən valideynlər, istirahətə gedən uşaqlar yeniyetmələrin mənalı və yaddaqalan yay istirahəti üçün yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

İyul ayının 11-də məktəblilər Ulu Öndər Heydər Əliyevin Nəsimi rayonu ərazi¬sin¬dəki abidəsi önünə tər çiçək dəstələri düzdükdən sonra avtobusla Qəbələ rayo¬nunun səfalı guşəsində yaradılmış yay düşərgəsinə yola düşmüşlər.

İyul ayının 12-də “Laza” sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Nəsimi rayon İcra Hakimiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirakı ilə “Sər¬hədçi” hərbi-vətənpərvərlik düşərgəsinin təntənəli açılış mərasimi keçirilmişdir. Mə¬rasimdə Azər¬baycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko¬mandanı cənab İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan döv¬lətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, sağlam böyüməsinə göstərdiyi diq¬qət və qayğı xüsusi vurğulan-mışdır. Yay düşərgəsinin sərhəd zastavasının ba¬zasında təşkil olunmasının əsas məqsədlərindən biri də gələcək əsgərlərin sərhəd zastava¬sındakı xidmət və məişət şəraiti, silah və texnika ilə yaxından tanış olma¬sından, onlarda sərhədçi peşəsinə marağın daha da artırılmasına şərait yaradıl¬masından ibarət olduğu qeyd edilmişdir.

Yay düşərgəsi zamanı şagirdlər üçün Qəbələ rayo¬nunun görməli yerlərinə, mədəniyyət ocaqlarına ekskursiyalar təşkil olunacaq, bu da məktəblilərin regionla yaxından tanış olmalarına imkan verəcəkdir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3342
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."