Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nəsimi rayonunda “ Nəsimi ili” münasibəti ilə 164 nömrəli məktəbdə tədbir keçirildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “ Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli, 689 nömrəli və 2019-cu ilin Azərbaycan Respublikasında   “ Nəsimi ili” elan edilməsi haqqında 2019-cu il 11  yanvar tarixli, 886 nömrəli Sərəncamlarının icrası ilə əlaqədar  Nəsimi Rayon İcra Hakimiyyəti  Başçısının  müvafiq  Sərəncamı ilə  tədbirlər planı təsdiq edilmişdir.

Yenicag.az xəbər verir ki, tədbirlər planına əsasən  rayonda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik
bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsini gənc nəslə sevdirmək, klassik irsə məhəbbət aşılanması  üçün  silsilə tədbirlər təşkil edilib keçirilir.

Növbəti tədbir Nəsimi rayonu 164 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirmişdir ki,  şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. 1979- cu ildə Bakı şəhərinin Nəsimi rayonunda Nəsiminin heykəli ucaldılıb.  Natıq “Nəsimi ili” ilə bağlı Nəsimi rayonunda keçirilmiş tədbirlər barədə də məlumat verib.

Daha sonra tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etib. Tədbirdə iştirak edən xalq artisti Rasim Balayev məktəblilərin suallarını cavablandırıb.

www.yenicag.az

1198
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100