Netanyahu Putin vasitəsilə İrana mesaj göndərdi
İsrailin Baş naziri Binyamin Netanyahu Rusiya prezidenti Vladimir Putindən Tel-Əvivin İrana hücum etmək planlarının olmadığını çatdırmasını istəyib.
Yenicag.az xəbər verir ki, bu barədə İsrailin dövlət xəbər agentliyi “Kan” mənbələrə istinadən yazıb.
Qeyd olunur ki, Tehran və Təl-Əviv arasında gərginliyin artması fonunda Rusiya və İsrail liderləri son həftələrdə bir neçə telefon danışığı aparıblar və bu danışıqlar zamanı müvafiq mesaj çatdırılıb. Bildirilir ki, Netanyahu İranın İsrailin potensial hərəkətlərinin qarşısını almaq üçün qabaqlayıcı zərbə endirə biləcəyindən qorxur.












