Netanyahu Trampı buna məcbur etmək niyyətindədir: "İsrail tərəfi yeni əməliyyatlar istəyir"
“İsrail tərəfi yeni əməliyyatlar keçirmək istəyir və əsas hədəflərə çatmaq üçün İrana qarşı beynəlxalq koalisiya yaradılmasının tərəfdarıdır”.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında görüşün əsas məqsədlərindən danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.
Politoloq bildirib ki, Netanyahu hakimiyyətinin İranla bağlı əsas məqsədləri reallaşmır:
“İranın ciddi kadr itkisinə səbəb oldular. Yüksək rütbəli generallarını, SEPAH-ın mühüm fiqurlarını, nüvə alimlərini və bir sıra strateji obyektləri sıradan çıxardılar. Amma bütün bunlar İsrail üçün hələ də qələbə sayıla bilməz. Çünki İsrailin əsas hədəfi İran rejimini dəyişmək, İranı daha zəif və kiçik bir dövlətə çevirməkdir, yəni onu parçalamaqda maraqlıdır. Bu məqsədlərə nail olunmadığı üçün də hazırkı vəziyyətdə qələbədən danışmaq doğru deyil.
Trampla görüşlər də məhz bu reallıqlar fonunda nəzərdə tutulub. İsrail tərəfi yeni əməliyyatlar istəyir və əsas hədəflərə çatmaq üçün İrana qarşı beynəlxalq koalisiya yaradılmasının tərəfdarıdır. Netanyahu Trampın diqqətinə bu məsələləri çatdıraracaq və reallaşdırılmasını istəyəcək”.
Nəsimi Ələsgərli