Netanyahu üçün SON ÇAĞIRIŞ: "Baş nazir vəzifəsindən istefa verəcəyi halda..."

media-hightechnic-468x90

“Onu əvəz edəcək şəxs müəyyən yumşaqlıq nümayiş etdirməyə məcbur ola bilər, çünki şərait bunu tələb edir”.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahunun mümkün istefası barədə danışan Milli Məclisin deputatı Elman Nəsirov Yenicag.az-a açıqlamasında deyib. Deputat bildirib ki, İsrail dövlətinin Qəzzada həyata keçirdiyi bütün hərbi əməliyyatların müəllifinin Benyamin Netanyahu olduğu aydın məsələdir:

“Netanyahu bu məsələlərdə həm qətiyyətli, həm də beynəlxalq aləmdə birmənalı qarşılanmayan mövqe ortaya qoyur. İsrailin müttəfiqlərindən də belə siyasətə etirazlar gəlir. Avropanın aparıcı ölkələri ilə münasibətləri yaxşı olsa da, Netanyahunun Qəzzada atdığı addımlar Avropanın bir çox ölkəsi tərəfindən qəbul edilmir və tənqidlər qarşılanır.

Görünür, İsrail Prezidenti ilə onun arasında ciddi fikir ayrılığı yaranıb. Hakimiyyət daxilində prezident və baş nazir arasında belə gərginlik həmin hakimiyyətin sabitliyinə yaxşı heç nə vəd etmir. Hazırda İsrail Prezidenti İsaak Hersoqun Netanyahunun qarşısında çox sərt şərti var: baş nazir vəzifəsindən istefa verəcəyi halda, əfv qərarı. Əsas sual isə budur, Netanyahu istefa verəcəkmi?”

Deputat bildirib ki, məsələ təkcə istefa ilə bitmir:

“Netanyahu düşünür ki, istefa verdikdən sonra ona qarşı məhkəmə proseslərinin başlayacağı və beynəlxalq aləmdə də ona qarşı ittihamların güclənəcəyi ehtimalı var. Məhz buna görə də istefa qərarı verməkdə tərəddüd edir. Netanyahunun istənilən addımı yalnız şəxsi təhlükəsizliyi ilə bağlı bütün məsələlər öz xeyrinə həll olunduqdan sonra atıla bilər.

Eyni zamanda, Netanyahu kimi təcrübəli siyasətçinin belə tələblər qarşısında təslim olacağını düşünmək asan deyil. O, siyasi mübarizə məkanında dəfələrlə hakimiyyətə gəlib, gedib və yenidən qayıdıb”.

Netanyahunun mümkün istefasından sonra Yaxın Şərq siyasətinin necə formalaşacağı barədə ehtimallarını bölüşən E. Nəsirov deyib ki, onu əvəz edəcək şəxsin Netanyahunun sərt siyasətini təkrarlaması çətin görünür:

“Yeni baş nazir müəyyən yumşaq idarəçilik elementlərini də işə salmalıdır. Sərtliklə yumşaqlıq arasında balans tapması vacibdir. Netanyahunun sərt siyasətindən tamamilə imtina etmək də doğru olmaz. Çünki bu halda HƏMAS-ın daha da güclənməsi riski yaranır. Eyni zamanda, tam sərtlik də davam etdirilə bilməz.

Yeni baş nazir həm bölgədə yeni siyasət xəttini formalaşdırmalı, həm də Netanyahudan fərqli olaraq, daha konstruktiv yanaşma sərgiləməlidir. Belə siyasət həm rasional, həm də zəruridir”.

“Netanyahunun siyasəti isə, əsasən, hədəf seçib güc tətbiq etməkdən ibarətdir. Onu əvəz edəcək şəxs müəyyən yumşaqlıq nümayiş etdirməyə məcbur ola bilər, çünki şərait bunu tələb edir. Lakin bütün bunlar ehtimallardır. Netanyahunun bu tələblər qarşısında istefa verəcəyini dəqiq proqnozlaşdırmaq isə çətin məsələdir”, – o, sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, İsrail Prezidenti İsaak Hersoqun Benyamin Netanyahunun əfv müraciətinə yalnız müəyyən şərtlər, o cümlədən baş nazirlikdən getməsi müqabilində baxmağa hazır olduğu bildirilir.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa