İsrailin baş naziri ərəb dövlətlərini açıq təhdid edən fikirlər səsləndirib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS-ın İsrailə qarşı oktyabrın 7-dən başlatdığı “Əl-Aksa” əməliyyatına qarşılıq verən İsrail ordusu Qəzza zolağını həftələrdir, bombardman edir.
Bununla belə, minlərlə dinc fələstinlini qətlə yetirmək və Fələstini “qan gölü”nə çevirməklə hərbi cinayətlərə qol qoyan İsrailə dünyanın bir çox ölkəsindən sərt reaksiyalar verilməkdədir.
Həmin öləkələr sırasında xüsusi yer tutan ərəb dövlətləri öz fəallıqları ilə seçilirlər. İsrailin baş naziri Benyamin Netanyahu isə ölkəsinə qarşı sanksiyalar tətbiq edəcəklərini bəyan edən ərəb ölkələrinə sərt təpki verib:
“Ərəb ölkələrinin liderlərinə səslənirəm! Əgər iqtidarınızı və mənfəətinizi qorumaq istiyirsinisə, səsinizi kəsin”.
www.yenicag.az