!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Netanyahunun PUA qorxusu artır: “Oğlumun toyuna hücum ola bilər”

!Reklam – Yazi

 

İsrailin baş naziri Binyamin Netanyahu oğlunun gələn ay keçirilməsi planlaşdırılan toyunun davam edən qarşıdurmalar və pilotsuz uçuş aparatları (PUA) təhlükəsi səbəbindən təxirə salınmasını istədiyini bildirib.

Yenicag.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Netanyahunun kiçik oğlu Avnerin toyunun noyabrın 26-da keçirilməsi planlaşdırılır. Təl-Əvivə yaxın bir bölgədə keçirilməsi planlaşdırılan toy mərasiminin təxirə salınmasının gündəmdə olduğu bildirilib.

Planlaşdırılan tədbirin iştirakçılar üçün risk yarada biləcəyi irəli sürülüb. Bildirilib ki, Netanyahunun davam edən münaqişələr və PUA təhlükəsi səbəbindən oğlunun toyunu təxirə salmaq istəyib.

Oktyabrın 19-da Livandan buraxılan PUA İsrailin şimalındakı Kayserya şəhərində Netanyahunun iqamətgahını vurub. Hücum zamanı Netanyahu və həyat yoldaşı Saranın evdə olmadığı açıqlansa da, evin yataq otağının pəncərəsinə kiçik ziyan dəyib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

62
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv