Nəyə görə Azərbaycanda benzin keyfiyyətsizdir?

media-hightechnic-468x90

kjllk“Qərara görə, 2025-ci ilə qədər yeni neftayırma zavodlarının tikintisi nəzərdə tutulur”.

Bunu  ABŞ-ın Beynəlxalq Yanacaq Keyfiyyətli Mərkəzinin (IFQC) Azərbaycan yanacağının keyfiyyətinin aşağı olması ilə bağlı yaydığı məlumatı şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

“Bir müddət öncə ARDNŞ və Meteorologiya və Standartlaşdırma İdarəsindən benzinin keyfiyyəti ilə bağlı açıqlama verilmişdi. Onlar da benzinin keyfiyyətinin aşağı olmasını qəbul edirlər. Amma bu dərəcədə bərbad olduğunu qəbul etmirlər. Problemin əsas səbəbi isə Azərbaycanda olan neftayırma zavodlarında müasirləşdirmənin aparılmamasıdır. Əslində, bunun üçün bütün imkanlar var idi. Həm Azərbaycan neft istehsal edən ölkədir, həm də bu sahədə mütəxəssislərin az olmaması bu prosesə müsbət imic qata bilərdi. Hesab edirəm ki, bu vaxta qədər müəyyən vəsait ayırmaqla Azərbaycandakı neftayırma zavodlarının modernləşdirilməsi həyata keçirilməli idi. Hazırda neft məhsullarının dünya bazarına çıxarılması xam neftin çıxarılmasından daha sərfəlidir. Təəssüf ki, bu vaxt itkiyə verildi və ancaq indi qərar qəbul olunub. Qərara görə, 2025-ci ilə qədər yeni neftayırma zavodlarının tikintisi nəzərdə tutulur. Amma bu tarixə də uzun müddət var. Həmin vaxta qədər ölkədə yanacaqla bağlı yarana biləcək problemin aradan qaldırılması ilə bağlı təəssüf ki, nə ARDNŞ-nin, nə də digər əlaqəli qurumların heç bir planı yoxdur”.

Ekspertin sözlərinə görə, Azərbaycan hökuməti ölkənin yanacaq ehtiyacını idxalla ödəmək fikrindədir:

“Hökumətin açıqladığı əsas məlumat ondan ibarət oldu ki, ölkəyə xaricdən yanacaq gətirilib satılması nəzərdə tutulur. Hətta buna görə aksiz dərəcələr də sıfırlandı. Həmçinin xaricdən benzin gətirilməsi üçün müəyyən güzəştlər elan olundu. Bizə keyfiyyətli benzini olan ən yaxın ölkə Rumıniyadır. Amma onu da nəzərə almaq lazımdır ki, Rumıniya öz benzininin Avropa Birliyi ölkələrində satılmasında daha maraqlıdır. Çünki həmin ərazilərdə rumın benzini daha baha qiymətə təklif olunur. Hesab edirəm ki, problemi idxalla həll etmək mümkün deyil. Ona görə də yeni neftayırma zavodları tikilənə qədər əlimizdə olan köhnə zavodları sürətlə modernləşdirib istifadəyə vermək olar. Həmin zavodların müasiləşdirilməsi 6 ay, maksimum 1 il ərzində mümkündür”. Xatırladaq ki, ABŞ-ın Beynəlxalq Yanacaq Keyfiyyətli Mərkəzi (IFQC) 100 ölkə arasında benzinin keyfiyyətinin qiymətləndirilməsinə dair 2014-cü ilin rankinqini açıqlayıb.

İFQC-nin rankinqinə görə, Azərbaycan 8 pillə geriləyərək 77-ci yerdə qərarlaşıb. Qeyd edək ki, ötən il ölkəmiz 69-cü pillədə idi. İlk onluğa daxil olan ölkələrə gəlincə, bunlar Almaniya, Yaponiya, Avstriya, Danimarka, Estoniya, Finlandiya, Macarıstan, İsveç, Albaniya, Belçikadır. Azərbaycanla qonşu olan dövlətlərdən Türkiyə 36-cı, Rusiya 59-cu, Gürcüstan 61-ci, Ermənistan 75-ci yerdə durur. Siyahının sonunda isə Suriya qərarlaşıb.

Qeyd edək ki, təşkilat benzinin keyfiyyətini tərkibində kükürdün miqdarına əsasən götürür. Burada əsas götürülən meyarlar milli standart və qanunvericilikdə icazə verilən maksimum hədd; qanunvericilikdə nəzərdə tutulan həddin könüllü icrası; şəhər və bölgələr üzrə tətbiq olunan standart, market səviyyəsi və sair məsələlər daxildir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600