Neymara Amerika Kuboku ŞOKU

media-hightechnic-468x90

Braziliyalı ulduz futbolçu Neymar 2024-cü il Amerika Kubokunda oynamaya bilər.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb futbolçunun dizindən ağır zədə almasıdır.

Braziliya Milli komandasının həkimi Rodriqo Lasmar açıqlamasında dizindən əməliyyat olunan Neymarın yenidən meydançaya çıxmağa hələ ki tələsmədiyini açıqlayıb.

Lasmar hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasında oynayan 31 yaşlı futbolçunun 2024-cü il Amerika Kubokunda oynayacağını ümid etdiyini bildirib:

“Səbrli olmalıyıq. Daha tez sağalması üçün reabilitasiya keçməlidir və riskli hərəkətlərdən uzaq durmalıdır”.

Qeyd edək ki, Neymar bu ilin oktyabrda baş tutan Braziliya-Uruqvay matçında dizindən zədə alıb.

2024-cü il Cənubi Amerika Kuboku gələn 20 iyun – 14 iyul aralığında ABŞ-da keçiriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa