NIKOIL | Bank “Xəzri” təcili pul köçürmələri sisteminə qoşuldu.
“Xəzri” sistemi fiziki şəxslər arasında bir əməliyyat vasitəsilə 50.000 manatadək pul köçürmələrini 5 dəqiqə ərzində aparmağa imkan verir. Bu sistem aşağı komissiya və ATM vasitəsilə 1000 manatadək məbləğin çıxarılması imkanı kimi üstünlüklərə malikdir.
Pul köçürməsini həyata keçirmək üçün NIKOIL | Bank-ın istənilən filialına müraciət edərək şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.
NIKOIL | Bank Bakı və Azərbaycanın regionlarında satış şəbəkəsi ilə etibarlı maliyyə-kredit təşkilatıdır. Bank fiziki və hüquqi şəxslərə bank xidmətlərinin tam spektrini təklif edir. Bankın məhsulları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az saytına daxil olaraq və ya (012) 981 nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/nikoilbank
www.yenicag.az