Nikol göndərdiyi diversanta hansı tapşırığı verdi?

media-hightechnic-468x90

Azərbaycan ərazisinə sızmağa çalışan erməni kəşfiyyat-diversiya qrupunun qarşısı alındı, diversantlardan biri – Voskanyan Qaqik Aşotoviç ələ keçirildi. BMT Təhlükəsizlik Şurasında müzakirələrin keçiriləcəyi gün bu təxribatın baş verməsi diqqət çəkir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, BMT TŞ Ermənistanın xahişi ilə “Qarabağdakı vəziyyəti” müzakirə edəcək. İrəvanın əsas məqsədi BMT TŞ-də Azərbaycana qarşı qərarın çıxarılması və Laçın sərhəd-keçid məntəqəsinin açılması üçün təzyiqlərin edilməsidir. Ermənistan 4 aydır bu prosesə hazırlaşır, lakin hüquqi və siyasi səbəblər nəticə əldə edəcəklərini sual altına salır.

İrəvanda bunu anlayırlar, kəşfiyyat -diversiya qrupunun göndərilməsi də məhz BMT TŞ-də müzakirələrə təsir etmək məqsədi daşıyır.

Siyasi hədəf: bəllidir ki, kəşfiyyat-diversiya qrupu Azərbaycan ordusuna qarşı təxribat planlaşdırıb; bu təxribat baş tutsaydı, hərbi eskalasiyanın yaranması qaçılmaz olacaqdı və İrəvan BMT TŞ-də Azərbaycanı “hücum edən” tərəf kimi göstəcəkdi;

Hərbi hədəf: istisna deyil ki, diversiya qrupuna Azərbaycan ordusuna qarşı təxribatın törədilməsi ilə yanaşı, müəyyən mövqelərin ələ keçirilməsi tapşırığı da verilib, İrəvanın məqsədi sərhəd boyunca üstünlük əldə etmək və danışıqlarda əlini gücləndirməkdir;

Belə demək mümkünsə, erməni diversantlar “ova” gedərkən, “ovlandı” və bu, axşam saatlarında keçiriləcək BMT TŞ-nin iclasında rəsmi Bakının əlini gücləndirən arqumentlərdən olacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05