Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nikol Paşinyan koronavirusa yoluxdu

Ermənistanın baş naziri Nikol Paşinyana koronavirus diaqnozu qoyulub.

Yenicag.az xəbər verir ki, bunu o, özünün “Facebook” səhifəsində canlı yayım zamanı bildirib.

Paşinyan koronavirus üçün ondan götürülən testin müsbət çıxdığını bildirib:

“Məndə heç bir simptom yox idi, amma səfərə getməli olduğum üçün test vermək qərarına gəldim. Bütün ailə üzvlərimin test nəticələri də müsbət çıxıb. Görünür ki, ailə üzvlərim məhz məndən yoluxublar”.

Paşinyan hazırda heç bir simptomun onda müşahidə edilmədiyini və iqamətgahından işləməyə davam edəcəyini söyləyib.

“İqamətgahdan işləyəcəyəm. Məndə rabitə üçün bütün şərait və vasitələr var. Nə qədər mümkün olarsa, o qədər də çalışacağam”, – baş nazir deyib.

Qeyd edək ki, mayın 31-nə olan məlumata görə, Ermənistanda indiyədək 9 282 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 3 386 nəfər sağalsa da, 131 nəfər ölüb.

www.yenicag.az

1577