Nişanə kimə ƏSƏBİLƏŞDİ? “Heç əsl sənətkar özünə sənətkar demir, bunlar isə...”

media-hightechnic-468x90

“Heç sənətkarlar özlərinə sənətkar demir, amma bunlar özlərini ustad hesab edirlər…”

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nişanə Baxışova “Öz aramızda” verilişində deyib. Sənətçi hər yeni oxuyana “sənətkar” deyə müraciət edən aparıcıları kəskin tənqid edib:

“Əvvəllər ‘sənətkar’ sözü hər adama deyilməzdi, yalnız ustadlara aid edilərdi. İndi bu sözü o qədər ucuzlaşdırıblar ki… Verilişə gəlir, aparıcı dərhal deyir: ‘Sənətkarımız…’ Qurban olum, o nəyin sənətkarıdır? Heç əsl sənətkarlar özlərinə bu adı rəva görmürlər. İnsan baxanda utanır. O qədər oxuyan çoxalıb ki… Elə verilişlər var, ora getməyi özümə qadağan etmişəm. Tanımıram, kim olduğunu bilmirəm, 4-5 nəfəri eyni vaxtda efirə çıxarırlar və hamısına da ‘sənətkar’ deyirlər”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05