Nissandan avtomobil şousu
NİSSAN AZƏRBAYCAN avtomobil sevərləri sevindirməkdə davam edir. Oktyabr ayının 1-də Binəqədi Rayonu Heydər Əliyev adına İstirahət parkında Nurgün Motors şirkəti yeni Nissan modellərinin təqdimatını keçirdi. Tədbirdə tam yeni Nissan X-trail və yenilənmiş Nissan Sunny modelləri təqdim edildi.
O cümlədən Azərbaycanda ilk dəfə yeni Nissan Patrol modelinin xüsusi qurğular vasitəsilə test yürüşü keçirildi. Eksklüziv komfort və dəbdəbə ilə əhatə olunan Nissan Patrol bir daha hər cür yol şəraitinə uyğun olduğunu və seqmentinin şəriksiz lideri olmasını sübut etdi.
Yeni modellərlə daha yaxından tanış olmaq və test yürüşləri etmək istəyənlər Nissan Rəsmi Satış Mərkəzlərinə gələ bilərlər.
“NURGÜN Motors” MMC şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində5 ünvanda, həmçinin Gəncə, Lənkəran, Şəki və Quba şəhərləində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlarda alınan hər bir avtomobilə 5 il müddətinə və ya 155.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir. (modern.az)