Niyam Səlami “Bəzi müğənnilər kimi…”
Müğənni Niyam Səlami Moskvaya yola düşüb.İfaçı bildirib ki, səfərinin məqsədi yaradıcılıqla bağlıdır: “Hazırda sürpriz bir layihə üzərində çalışıram. Bir neçə saat olar ki, Moskvadayam. Burada layihəmi həyata keçirmək istəyirəm. Bütün diqqətimi bu işə yönəltmişəm. Tamaşaçılar həmin layihədə məni başqa ampluada tanıyacaqlar. Onu da deyim ki, 2015-ci ildə yaradıcılığımda dönüş nöqtəsi olacaq. Fərqli işlərim olacaq. Bəzi müğənnilər kimi yalandan asacam, kəsəcəm, dağıdacam deyib, vədlər vermirəm. Kiminsə bostanına daş atmaq fikrim də yoxdur. Sadəcə sənətimi sevənlərə demək istəyirəm ki, yaxınlarda məndən yeni layihə gözləsinlər”.
Qeyd edək ki, N.Səlamidən savayı Moskvaya aktyor-aparıcı Sərxan Kərəmoğlu, müğənnilərdən Səidə Sultan, Sevinc Ağaşirinova və Vidadi Bərdəlinin qızı Aytac Vidadiqızı da gedib.
(lent.az)