Nizami Gəncəvinin şərəfinə “Bakılı balasıyam” ifa etdirib, “Xəmsə”ni yedilər – Moskvada / FOTO / VİDEO

Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti (AzerRos) “Nizami Gəncəvi ili” ilə əlaqədar Moskvada tədbir keçirib.

İki milyondan çox azərbaycanlının yaşadığı Rusiyada 8 nəfərlə tədbir keçirən AzerRos prezidenti Xanoğlan Əliyev Nizami Gəncəviyə həsr olunan tədbirdə “Bakılı balasıyam” mahnısı ifa etdirib.

Yenicag.az xəbər verir ki, bu barədə diaspora məsələləri üzrə ekspert Toğrul Allahverdili məlumat verib.

Toğrul Allahverdili baş vermiş biabırçılıqla bağlı bunları deyib:

“Rusiyada salamat olmamış AzerRos “prezidenti” Nizami Gəncəviyə yubiley keçirib. Dahi Nizaminin şərəfinə “tort” da kəsib. Ən maraqlı məqam isə Nizami Gəncəviyə həsr olunmuş tədbirdə Maestro Ceyhunun ifasında “Bakılı balasıyam” ifa olunub”.

Qeyd edək ki, Söyün Sadıqovun çox saylı qalmaqallarından sonra AzerRos Mehriban Sadıqovaya verilsə də, daha sonra bu xanım da gizli qurultay keçirərək öz postunu Xanoğlan Əliyevə ötürmüşdü.

Xanoğlan Əliyevi isə Rusiyada yaşayan azərbaycanlılar birmənalı qəbul etmir və qurum özünün amorf dönəmini yaşayır.

COP29