Nizami küçəsindəki çilçıraqlar HARA YOXA ÇIXIB? – FOTOFAKT/YENİLƏNİB

media-hightechnic-468x90

“Fəvvarələr meydanının 2010-cu ildə təmir-bərpası zamanı bu çilçıraqlar üzbəüz daş binalara bərkidilmişdi”.

Bunu Yenicag.az-ın sorğusuna cavab olaraq, “Bakı Abadlıq Xidməti” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin Lalə Əliyeva deyib.

Onun sözlərinə görə, problem bundan ibarətdir ki, küləkli günlərdə ankerlərlə binalara bərkidilən troslardan asılmış çilçıraqların ağırlığı üzündən köhnə divarlar tədricən aşılanaraq, qədim tikililərə ziyan vurur, eyni zamanda mərkəzi küçədə təhlükə yaradırdı:

“Bundan başqa çilçıraqların işığı da zəifləmişdi, təmirə ehtiyacı vardı. “Bakı Abadlıq Xidməti” MMC 2 il öncə çilçıraqları çıxarıb təmir edib, amma onların təkrar eyni yerdə asılması artıq müzakirə olunmalıdır. Betona ziyan vurmayacaq ankerlərin tarixi abidə sayılan daş binalara təkrar bərkidilməsi isə böyük məsuliyyətdir. Yəqin, ona görə iş bir az uzanır. Odur ki, sözügedən iddialar reallığı əks etdirmir və çilçıraqlar hazırda təmir olunmuş vəziyyətdə emalatxanada saxlanılır”.

***

Bakının mərkəzində, paytaxtın Səbail rayonunun Nizami küçəsində yerləşən çilçıraqlar ərazidə əsaslı təmir işləri aparılmamasına baxmayaraq, uzun müddətdir ki, sökülərək yoxa çıxıb.

Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, həmin çilçıraqlar hansısa məmurun şəxsi bağ evinə aparılıb və ərazinin işıqlandırılması üçün istifadə olunur.

Məsələ ilə bağlı “Yeni Çağ”ın sorğusuna cavab verən Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov bildirib ki, qeyd olunan ərazi “Bakı Abadlıq Xidməti” MMC-nin xidmət zonasında yerləşir və sözügedən məsələ ilə bağlı cavabdeh olan həmin qurumdur.

Qeyd edək ki, “Bakı Abadlıq Xidməti” MMC ilə də əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Əliyeva adıçəkilən məsələ ilə əlaqədar rəhbərliyə sorğu göndəriləcəyini vurğulayıb.

Mövzunu diqqətdə saxlayacağıq.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa