!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nizamini İran şairi kimi təqdim edənlərə Seyran Səxavətdən SƏRT REAKSİYA: “Cəzalandırılmalıdır”

!Reklam – Yazi

Tanınmış yazıçı Seyran Səxavət VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında qurulan İran stendində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin rəsm-portretinin titul şəkil kimi vurulması tanınmış yazıçı Seyran Səxavəti özündən çıxarıb.

Yenicag.az-a açıqlamasında yazıçı həmin şəxslərin cəzalandırılmasını tələb edib:

“Belə çıxır ki, Nizami Gəncəvi İran şairidir? Bu kökündən yanlış bir hərəkətdir. Nizami Azərbaycan şairidir, bu, heç mübahisə olunası məsələ deyil. Kim texniki səhv edərək bu yanlışlığa yol veribsə, ya da qəsdən olunubsa, həmin şəxslər cəzalandırılmalıdır. Vəssalam. Başqa yolu yoxdur”.

Qed edək ki, oktyabrın 6-da Bakı Ekspo Mərkəzində açılan və ayın 10-na qədər davam edəcək VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında (“Baku International Book Fair 2021”) qurulan İran stendində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin rəsm-portretinin titul şəkil kimi vurulması ictimaiyyət arasında böyük narazılığa səbəb olub. Tədbirin təşkilatçısı Azərbaycanın Mədəniyyət Nazirliyi, sponsoru BP şirkəti, əsas informasiya dəstəkçisi İctimai Televiziya (İTV), təşkilatı tərəfdaşı isə “Caspian Event Organisers” (CEO) şirkətidir.

Cəvahir

www.yenicag.az

477
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv