!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbədənkənar parlament seçkiləri yenidən gündəmdə: “Bu tərkib islahatlara nə dərəcədə cavab verir?” – Sərdar Cəlaloğlu

!Reklam – Yazi

“Müəyyən sayda deputatların öz statuslarını saxlaması şərtilə, parlamentdəki yerlərin heç olmasa, yarısına yeni seçkilərın keçirilməsi lazımdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə baş verən son siyasi hadisələr fonunda parlamentin yenidən buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ehtimalını dəyərləndirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədri hesab edir ki, Milli Məclisin indiki tərkibinin azı yarısının yenilənməsinə ehtiyac var:

“Bu dəqiqə ölkədə elə bir siyasi vəziyyət yaranıb ki, parlamentin buraxılması və yenidən növbədənkənar seçkilərin təyin olunması hər an beş verə bilər. Çünki parlamentin tərkibinin dəyişdirilməsi və müstəqil qanunvericilik orqanının formalaşdırılması zəruridir.

Hər şey proseslərin gedişindən asılıdır. Baxın da, Jirnovskinin belə tərkibini əvvəldən proqnozlaşdırdığı bir parlament Azərbaycanda gedən islahatlara nə dərəcədə cavab verir?

Ümid edirəm ki, qısa müddət ərzində növbədənkənar parlament seçkiləri elan olunacaq. Ən azı, müəyyən sayda deputatların öz statuslarını saxlaması şərtilə, parlamentdəki yerlərin heç olmasa, yarısına yeni seçkilərın keçirilməsi lazımdır.

Yəni tamamilə yeni, növbədənkənar parlament seçkilərinə getmədən, deputatların yarısını istefaya göndərib, onların yerinə seçkilərin keçirilməsi daha münasib olar”.

Aqil Bəkir

www.yenicag.az

1449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv