“Novruzun rəsmi bayram kimi qeyd olunmasını arzulayırıq”

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxış edib.

Yenicag.az xəbər verir ki, o, Novruz bayramının ölkədə rəsmi bayram kimi qeyd olunmasını istədiklərini bildirib.

Ərdoğan bu il Novruzun əvvəlki illərlə müqayisədə daha sakit və dinc keçdiyini vurğulayıb.

“Baharın müjdəçisi olan Novruzu böyük coşğu ilə qeyd etdik. Bir neçə mənfi hadisə istisna olmaqla, xalqımızı üzən xoşagəlməz olaylar baş vermədi. Ümumilikdə, əvvəlki illərlə müqayisədə daha sakit bir Novruz keçirdik. Novruzun rəsmi bayram kimi qeyd olunmasını arzu edirik”, – deyə Ərdoğan bildirib.

O, bəzi tədbirlər zamanı qeydə alınan xoşagəlməz görüntülərin hökumət tərəfindən bəyənilmədiyini vurğulasa da, ümumilikdə bayramın gərginlik olmadan keçirilməsini Türkiyənin birliyi baxımından mühüm hesab etdiyini deyib:

“Novruz tədbirlərindən yayılan bəzi görüntüləri biz də qəbul etmirik. Amma bu il olayların gərginlik olmadan baş verməsini xalqımızın birliyi adına anlamlı hesab edirik.”

Ərdoğan çıxışı zamanı Novruzun Türkiyədə barış və qardaşlığın simvolu olduğunu qeyd edib və gələcək illərdə də bu bayramın insanları bir araya gətirən ənənəvi dəyər kimi yaşadılacağını vurğulayıb:

“Nifaq və nifrət yayanlara baxmadan, bolluq və bərəkət rəmzi olan Novruzu gələcəkdə də yeni ümidlərlə qeyd etməyə davam edəcəyik.”

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600