!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nuradan ATMACA: “Qiymətlərin qalxması xəbərini Oksananın xəbəri üstələdi”

!Reklam – Yazi

“Qiymətlərin qalxması xəbərini Oksananın xəbəri üstələdi”.

Yenicag.az xəbər verir ki, müğənni Nura Suri sosial şəbəkə hesabında atmacalı paylaşımı ilə diqqət çəkib.

Sənətçi həyatını düzgün yaşamayan insanların bostanını daşlayıb:

“Kim nə səhv edir, deyir ki, şeytan yoldan çıxardı, ya deyirlər “kruqu” pis idi, ya da zəmanə pisdi. Yəni, özündən başqa hamı günahkardır.

Uşaqlarınıza düzgün tərbiyə verin, amma yox, necə dəyişəcək ki beyniniz? Sizi də valideynləriniz elə böyüdüb axı. Nəysə, hələ düzələ bilmərik. Boş yerə özümü yormayım.

Qiymətlərin qalxması xəbərini Oksananın xəbəri üstələdi. Hamı onları müzakirə edəcək bir neçə gün. Təki qeybətə mövzu olsun, qalan hər şey düzələr – Allahın köməkliyi ilə. Bizimkilər uğurunu Allahın ətəyinə, səhvini şeytanın ətəyinə ata-ata dolanırlar, bir də bəxt üzüyündəki kimi “İrasim görəsən gecə arvadına nə alıb gətirdi?” dərdini çəkə-çəkə bu həyatı hədərə yaşayırlar”.

Cəvahir

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv