Nüşabə KİMƏ ƏSƏBİLƏŞDİ? - “Balıq ətli"yəm, göbəyim də olmalıdır, qarnım da...”

media-hightechnic-468x90

“Gedib əməliyyat etdirəcəyəm, deyəcəklər, bu da özünü yığdırdı”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nüşabə Musayeva “İncəsəhər” verilişində deyib.

O, kilolu olmasına eyham vuran və onu məsxərəyə qoyan sosial şəbəkə izləyicilərinə əsəbiləşib:

“Biraz kilolu xanımam, “balıq ətli”yəm, göbəyim də olmalıdır, qarnım da… Ola bilər ki, paltar seçimində dar paltar seçmişdim. Həm də yemək, su içmək, bir az da şişkinlik verir.

Amma bunun nə mənim rəqs edəcək ruhuma, nə kefimə, nə səhnəmə, nə məclisimə bir aidiyyəti var. Yəni oynamışam, rəqs etmişəm. Yazıblar, ay bu niyə belə kökəlib, bunu qarnı nədir belə… Ay bala, başa düşmədim, bizim elə millətimiz 60-70 faiz qarınlı, göbəklidir də… Kor kora kor deməsə, bağrı çatlar. Gedib əməliyyat etdirəcəyəm, deyəcəklər, bu da özünü yığdırdı. Təbii, sadə halımla çıxıram cəmiyyət içinə, deyirlər, kökəlmisən. Necə edək, sizin əlinizdən biz hara gedək?”

Nehru

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa