ABŞ-ın Nyu-York şəhərində koronavirus pandemiyası səbəbilə tətbiq olunan bütün məhdudiyyətlər iyulun 1-i ləğv olunacaq.
Yenicag.az xəbər verir ki, bunu “MSNBC” telekanalının efirində şəhərin meri Bill de Blazio deyib.
Mer bildirib: “Biz şəhəri iyulun 1-i tam açmaöa hazırıq. Mağazaları, müəssisələri, ofisləri, teatrları açmağa hazırıq. Düşünürəm ki, Nyu-Yorkda çox sayda insan olacaq”.
Qeyd edək ki, sözügedən planların həyata keçirilməsi ştatın qubernatoru Endryu Kuomunun dəstəyindən asılıdır.
www.yenicag.az