!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“O namizədlərin xalqa üz tutub “Mənə səs verin” deyib-deməyəcəklərini maraqla gözləyirəm” – Partiya sədri

!Reklam – Yazi

“Ayrı-ayrılıqda onların hamısına hörmətim olsa da, hər birinin seçdiyi kursu bilirəm”.

Bu fikirləri növbədənkənar prezident seçkilərində mümkün rəqabət mühiti və potensial namizədlərin mövqeyini şərh edən AĞ Partiyanın sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.Partiya sədri bildirib ki, özünün seçkidə iştirak edib-etməməsi ilə bağlı qərar bu həftəsonu qəbul olunacaq:

“Növbədənkənar seçkilərin təyin olunması prezidentin müstəsna səlahiyyətinə daxil olan məsələdir. Qanunda da göstərilib ki, dövlət başçısının bu qərarını izah etmək öhdəliyi yoxdur. Ehtimal edirik ki, hansısa mümkün təhlükələrə, dövlətə, dövlətçiliyə, ümumi siyasi risklərə görə belə bir qərar verilib.

İlham Əliyev 2025-ci ili gözləmədən hamını – həm daxildəki rəqibləri, həm də xaricdəki bəlli dairələri qəflət yuxusunda yaxaladı. Bu seçkilərdə namizədliyini irəli sürənlərin böyük əksəriyyəti prezidentin həm daxili, həm də xarici siyasətini dəstəkləyən şəxslərdir.

Biz AĞ Partiya olaraq, prezidentin Qarabağ siyasətini və Türkiyə ilə münasibətləri inkişaf etdirmək xəttini dəstəkləyirik. Ancaq daxili siyasəti həmişə tənqid etmişik. Daxildə vəziyyət ağırdır, sosial-iqtisadi problemlər həll edilməlidir. Müxalifət partiyası kimi, bunu həmişə dilə gətirmişik.

Maraqlıdır ki, namizədliyini irəli sürənlərin böyük əksəriyyəti çox vaxt daxili problemlərə toxunmurlar. Onların daxili problemləri necə yada salacaqları, ya da xalqa üz tutub “Mənə səs verin” deyib-deməyəcəklərini maraqla gözləyirəm. Ayrı-ayrılıqda onların hamısına hörmətim olsa da, hər birinin seçdiyi kursu bilirəm. O baxımdan, dediklərim mənim özümə də maraqlıdır.

Bizim seçkidə iştirakla bağlı hələ qərarımız yoxdur. Qərar qəbul olunanda, bütün faktorları nəzərə alacağıq. Seçkiyə qatılmaq Qarabağda uğurlu siyasət aparan, Türkiyə ilə Şuşa Bəyannaməsini imzalayan güclü rəqiblə mübarizə aparmaq, eyni zamanda, əhalinin, qazilərin, şəhid ailələrinin, həkimlərin, müəlimlərin, tələbələrin narazı olduğu bir siyasi sistemə qarşı mübarizə aparmaq anlamına gəlir.

Seçkiyə qatılmağın bizim qarşıya qoyduğumuz strateji hədəflərə xidmət edib-etməyəcəyi, yaxın aylarda gözlənilən parlament seçkilərinə hazırlığımızı artırıb-artırmayacağı kimi məsələlərin hamısını dəyərləndiririk. Bu həftəsonu seçkilərdə iştirak edib-etməməklə bağlı qərar verəcəyik”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

279
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv