Obama ilə Kuba liderinin səmimi münasibəti diqqət çəkdi

media-hightechnic-468x90

c22d162a4306832fb7d7c33ae6835dcePanamada keçirilən Amerika sammitində ABŞ prezidenti Barak Obama və Kuba lideri Raul Kastro bir-birinə əl uzadaraq salamlaşıblar və qısa söhbət ediblər.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, ABŞ administrasiyasındakı məmurlardan biri qeyri-formal təmas zamanı hər hansı mövzuda müzakirə aparılmadığını deyib. Hər iki liderin bu gün görüşərək diplomatik münasibətlərin tam bərpasını, qarşılıqlı səfərlərin başlamasını və ticarət əlaqələrinin stimullaşdırılıması məsələlərini müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, aprelin 8-də B. Obama ilə R. Kastro arasında telefon danışığı olub. Tərəflər diplomatik əlaqələrin bərpasını və səfirliklərin açılmasını müzakirə ediblər. Aprelin 9-da isə ABŞ dövlət katibi Con Kerri Panamada Kubanın xarici işlər naziri Bruno Rodrigeclə görüşüb. Sonuncu dəfə bu səviyyədə görüş 1958-ci ildə ABŞ dövlət katibi Con Foster Dalles və Kuba xarici işlər naziri Qonsalo Quel-i-Morales arasında olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600