!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Obama-Putin görüşü: Olum ya ölüm?

!Reklam – Yazi

images (1)Ərəstun Oruclu: “İlkin çərçivə anlaşmasının əldə olunacağını istisna etmirəm”

Vaşinqtonla son zamanlar imperalist siyasətini yenidən büruzə verməyə başlayan Moskva arasında ciddi gərginliyin hökm sürdüyü bir zamanda, sentyabrın 28-də Obama ilə Putinin BMT-nin növbəti iclasında görüşü gözlənilir. Bu fonda da hamının diqqəti həmin görüşə yönəlib. Görəsən, iki prezident arasında baş tutacağı ehtimal edilən görüş mövcud gərginliyin aradan qaldırılması istiqamətində irəliyə doğru addım ola biləcəkmi? Yoxsa, bu görüş də münasibətlərdəki soyuqluğun zəiflədilməsində hansısa bir rol oynaya bilməyəcək?

Yenicag.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bu görüşdə ilkin çərçivə anlaşmasının əldə oluna biləcəyini mümkün saydı: “Düşünmürəm ki, Obama ilə Putin arasında baş tutacaq bu görüş elə belə görüş olacaq. Rusiya mətbuatı, bu ölkənin siyasi dairələrində həmin görüşlə bağlı xeyli ümidlərin olduğunu, bu yaxınlarda dövlət katibi Con Kerri ilə prezident Putinin görüşdüyünü, habelə Rusiyanın Əsəd rejimini qorumaq üçün ora müdaxilə etməsini və ABŞ-ın da buna loyal münasibət göstərdiyini nəzərə alsaq, görərik ki, hardasa ümumu dayaq nöqtələri mövcuddur. Kremlə yaxın dairələrdə də həmin görüşə ümid bəslənilirsə ehtimal etmək olar ki, iki prezidentin görüşündə müəyyən anlaşma, razılaşma əldə olunsun. Təbii ki, proses hələ uzun çəkəcək. Amma ən azından ilkin çərçivə anlaşmasının əldə olunacağını istisna etmirəm. Lakin konkret hansı məsələdə bu anlaşmanın əldə olunacağını söyləmək çətindir. Çünki, ziddiyyətlər həddən artıq çoxdur. Rusiyanın Ukrayna siyasətindən tutmuş, Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalar, Suriya məsələsi, Kremlin Avrasiya İttifaqı adı altında postsovet məkanını öz nəzarətinə götürmək istəyi istiqamətində ciddi ziddiyyətlər vardır. Ona görə də danışıqlarda hələlik ancaq ziddiyyətli məsələlərin ancaq danışıqlar yolu ilə həll olunmasına dair ümumi çərçivə anlaşmasının əldə olunması variantı mümkün görünür”.

 

ELÇİN

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv