Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli magistralın Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, “Nissan Xtrail” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 55 yaşlı Təranə Babayeva hadisə yerində ölüb. 59 yaşlı Xalis Babayev isə, müxtəlif dərəcəli xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.
TƏBİB-in açıqlamasına görə, vəziyyəti ağır olan Xalis Babayevə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarnın küt travması, qabırğaların çoxsaylı sınıqları diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, pasiyent saat 20:39 radələrində vəfat edib.
Faktla bağlı araşdırma aparılır./Apa/
www.yenicag.az