Oğurluq baha başa gəlib

media-hightechnic-468x90

aktyAmerikanın məşhur aktyoru Endi Dik həbs edildi.

Los-Ancels polisi amerikalı komediya aktyoru oğurluqda şübhəli bilimir.

Bildirilir ki, keçən həftə Dik guya Hollivud bulvarında gəzərkən toqquşduğu insanın 1000 dollara olan boyunbağını oğurlayıb. Zərərçəkmişin sözlərinə görə, artist velisopedlə ona yaxınlaşaraq bəzək əşyasını ona göstərməyi xahiş edib. Həmin şəxs Diki tanıyaraq boyunbağını ona uzadıb. Lakin komik bəzək əşyasını götürərək velosipedlə oradan uzaqlaşıb.

7 noyabr, cümə günü aktyor evinin yaxınlığında velosiped sürərkən polis tərəfindən tutlub.Şənbə günü səhər aktyor 25 min dollar girov ödəyərək azadlığa çıxıb.

Dikin artıq bir neçə dəfə qanunla problemləri olub. Onu narkotik maddələrin saxlanmasında və orgilərin təşkilində şübhəli bilərək həbs ediblər. Həmçinin onu ictimai asayişi pozmaqda və ictimai yerlərdə içkili vəziyyətdə olmaqda günahlaşdırırdılar.

Qeyd edək ki, Endi Dik “Mənim maşınım hanı, dostum?” filmi, “Klava gəl” serialı ilə məşhurdur. Ümumilikdə isə o, 70-dən çox film və serialda çəkilib. 2001-ci ildə isə aktyor özünün üç mövsüm davam edən şousunu “Andy Dick Show” (Endi Dikin şousu) ekranlara çıxarıb.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600