Oğuzda qanunsuz kömür quyuları aşkarlandı

media-hightechnic-468x90

Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

media-banner_tuq

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, tədbirlər zamanı rayonun Şirvanlı və Tayıflı kəndləri ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.

Qeyd edilən icazəsiz fəaliyyətlə məşğul olan 4 nəfər barəsində toplanmış material qərar qəbul edilməsi üçün aidiyyəti üzrə göndərilib. Kömür quyularının isə fəaliyyəti dayandırılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05