Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Okeaniyada “bayraq” böhranı

Yeni Zellandiya və Avstraliya arasında “bayraq” qarşıdurması yenidən alovlanıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Yeni Zellandiyanın baş nazirinin vəkili Uinston Piters Avstraliyanın Yeni Zellandiyanın bayrağını “oğurladığını” iddia edib.

Yerli TVNZ telekanalına açıqlama verən Uinston bu sözləri deyib:

“Uzun müddətdir istifadə etdiyimiz bir bayrağımız var ki, Avstraliya həmin bayrağı “oğurlayıb”. Bayraqlarını dəyişdirməli və ilk dəfə bizim istifadə etdiyimiz dizayna hörmət etməlidirlər”.

Qeyd edək ki, Yeni Zellandiyanın bayrağı 1902-ci ildə, Avstraliyanın bayrağı isə 1954-cü ildə təsdiqlənib. İki ölkə arasında daha əvvəl də narazılıqlar olub. Son olaraq, Yeni Zellandiyada bayrağın dəyişdirilməsi ilə bağlı referendum keçirilib. Lakin vətəndaşların, 56,6%-i bayrağın saxlanmasına səs verib.

www.yenicag.az

678
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS