Böyük Britaniyanın Baş naziri Boris Consona istefa çağırışları hökumət üzvlərinin beşdə birinin vəzifəsindən getməsilə daha da artıb.
Yenicag.az xəbər verir ki, Consonun istefa vermək niyyətində olmaması ilə bağlı yazı dərc edən “Daily Mail” nəşri Baş nazirin mövcud böhrana kraliçanı da daxil edə biləcəyini istisna durum kimi dəyərləndirməyib.
Belə ki, Consonun son çarə olaraq Böyük Brtaniya kraliçası II Elizabetə parlamentin buraxılması ilə bağlı müraciət edə biləcəyi qeyd olunub.
Nəşrin yazdığına görə, istefa vermiş nazirlərlə yanaşı, yeni təyin olunmuş şəxslər də bir gün öncə Consonla görüşərək onu bu fikrə düşməməsilə bağlı xəbərdar ediblər.
Digər tərəfdən, ənənə halını alan Baş nazir-kraliça görüşünün çərşənbə günü təkrarlanmaması da bu ehtimalı artırıb.
www.yenicag.az