Oksana qəzaya düşdü

media-hightechnic-468x90

310949Yaxın günlərdə yenidən Hindistan səfərinə hazırlaşan Oksana bu gün təxminən saat 13 radələrində “Yeni Müsavat”ın əməkdaşları ilə görüşə gələrkən avtomobil qəzası keçirib.

media-banner_tuq

Bu haqda özü məlumat verib. Əvvəl rəqqasə “çatıram” mesajını versə də, bir neçə dəqiqə sonra telefonla deyib: “Bu an qəza keçirmişəm. Avtomobilim xeyli əzilib. Bu səbəbdən təəssüf edirəm, sizinlə müsahibəyə gələ bilməyəcəm”.

Daha sonra Oksana əməkdaşlarımızla yenidən əlaqə saxlayaraq xahiş edib ki, qəza barəsində mətbuata məlumat verilməsin:

“Bu haqda heç nə bildirməyin. Valideynlərim xəbər tutsalar, çox narahat olacaqlar”.

Qeyd edək ki, rəqqasə Oksana Rəsulova Hindistanda ZEE TV-də yayımlanan “Maharakshak Aryan” serialında rol alıb. Serial “India`s Best Cine Stars Ki Khoj” layihəsi gedərkən lentə alınıb. Rəqqasə bunun çoxdankı arzusu olduğunu da bildirib: “Yaxın günlərdə yenidən Hindistana üz tutacam və aktyorluq fəaliyyətimi davam etdirəcəm”(musavat.com).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05