!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Oksanadan şad xəbər - “Hər kəsi təəccübləndirəcəm”

!Reklam – Yazi

Son vaxtlar daha çox aktrisa kimi fəaliyyət göstərən rəqqasə Oksana Rəsulova yeni filmə çəkilir.

Yenicag.az-a açıqlama verən aktrisa bu dəfə fərqli obrazı ilə tamaşaçılarının görüşünə gələcəyini bildirib:

“Məni “Qış nağılı” filmində görəcəksiniz. Bu filmdə mənimlə bərabər bir çox məşhurlar, xalq artistləri rol alıb. Film komediya janrındadır. Bundan öncə, “Lal yuxu” serialında çəkildim. Tam fərqli bir janrda çəkilən həmin serialda canlandırdığım Aylin obrazı lal-kardır. Yeni filmdə tam fərqli bir obrazı canlandırıram. Tamaşaçı mənim simamda dilli-dilavər, sözünü hər yerdə deyən bir qızı görəcəklər. Qabaqcadan çox şey demək istəmirəm, düşünürəm ki, yeni obrazımla hər kəsi təəccübləndirə biləcəm”.

Oksana filmin bu ilin sonunda təhvil veriləcəyini bildirib.

Qeyd edək ki, O.Rəsulova indiyə qədər “Üç bacı”, “Şər qarışanda”, “Mələyin öpüşü”, “Zaman adlı Qatar”, “Bayram axşamı” adlı filmlərdə və “Lal yuxu” serialında çəkilib.

Cəvahir

www.yenicag.az

3524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv