“Olimpiakos” klubu “Qarabağ”la oyunu öncəsi itki ilə üzləşdi

media-hightechnic-468x90

Yunanıstanın “Olimpiakos” klubu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la dördüncü tur oyunu öncəsi itki ilə üzləşib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Yunanıstan çempionatının yeddinci turunda OFİ ilə görüşdə müdafiəçi Qonzalo Avila sıradan çıxıb.

Komandasının 2:1 hesabı ilə qalib gəldiyi matçın 38-ci dəqiqəsində zədələnərək əvəzlənən ispaniyalı sağ cinah müdafiəçisinin durumu qeyri-müəyyəndir. Bu gün keçiriləcək tibbi müayinənin ardından 24 yaşlı oyunçunun “Qarabağ”la qarşılaşmada iştirak edib-etməyəcəyi müəyyənləşəcək.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyunu saat 20:45-də başlayacaq./Trend/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05