“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanın “Olimpiakos” komandasına məğlub olub.
Yenicag.az-ın məlumatına görə, Georgios Karaiskakis stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.
Pireylilərin heyətində 56 və 60-cı dəqiqələrdə fərqlənən El Kaabi dubl müəllifi olub. Qarşılaşmada yekun hesabı müəyyənləşdirən qola isə 89-cu dəqiqədə Julian Byankon imza atıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsində keçirdiyi 8 görüşün 7-də uduzub, 1 matçda qələbə qazanıb. Azərbaycan çempionu üçün cari mövsüm avrokubok oyunları başa çatıb.
***
87-ci dəqiqədə Julian Byankon adını tabloya yazdırır. “Olimpiakos”- “Qarabağ” 3-0.
***
60-cı dəqiqədə El Kaabi dubl edərək hesab arasındakı fərqi artırır.
***
“Olimpiakos” 56-cı dəqiqədə hesabı açır. El Kaabi topu tora ötürməyi bacarır.
***
Matç başladı.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda baş tutacaq “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
Yenicag.az xəbər verir ki, Georgios Karaiskakis stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
“Olimpiakos”: Konstantinos Dzolakis, Kostinya, Julian Byankon, David Karmo, Pirola, Santyaqo Esse, Dani Qarsiya, Kristoffer Velde, Kostulas, Jelson Martinş, El Kaabi.
“Qarabağ”: Koxalski, Bəhlul Mustafazadə, Mateus Silva, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Nəriman Axundzadə.