Olimpiya çempionu helikopter qəzasında öldü

media-hightechnic-468x90

17eea21db8ba29ffa800b1befe090193Argentinada iki helikopterin toqquşması nəticəsində ölən 10 nəfərin arasında fransalı idmançılar, o cümlədən üzgüçülük üzrə Olimpiya çempionu Kamil Muffa (Camile Muffat) da var.

Ölənlərdən 8-i Fransa vətəndaşlarıdır. K. Muffa ilə birlikdə boksçu Aleksis Vastin (Alexis Vastine) və yaxtaçı Florens Arto (Florence Arthaud) da ölüb.

Hadisə martın 9-da paytaxt Buenos Ayresdən 1170 km şimal-qərbdə, La-Rioha əyaləti ərazisində baş verib. 100 metrə yaxın hündürlükdə iki helikopter toqquşub. Helikopterlərin sərnişinləri ekstremal şəraitdə yaşamağa həsr olunmuş reality-şounun iştirakçıları olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600