Olimpiya çempionu məqsədini açıqladı

media-hightechnic-468x90

15750157_1186211831466894_1065045813_nLondon Olimpiya oyunlarının qızıl, Rio olimpiadasının isə gümüş medalçısı Toğrul Əsgərov builki nəticələrindən danışıb.

Yeniçağ.az-a açıqlama verən Olimpiya çempionu 2016-cı ilin onun üçün uğurla başa çatdığını deyib:

“Düşünürəm ki, bu il mənim üçün uğurlu oldu. Bir daha özümü sübut etdim.

Düzdür, Rioda ikinci dəfə Olimpiya çempionu olmağıma bir addım qalmışdı, heyf ki, şansımı əldən verdim. Əsas səbəbi bilirəm: biranlıq arxayınçılıq oldu. Daha diqqətli olmalıydım”.

2017-ci il üçün də bir çox planlarının olduğunu deyən T. Əsgərov karyerasını hələ davam etdirmək niyyətindədir:

“Gələn il keçiriləcək yarışlarda bir daha özümü göstərmək istəyirəm. Bizi 2017-ci ildə çətin yarışlar gözləyir. Ancaq əsas məqsədimiz İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış etmək, qələbə qazanmaqdır”.

Aygün İlqarqızı

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600