Olimpiya çempionumuz “Tokio-2020”yə rəhbər təyin olundu

2020 Tokio Oimpiya Oyunlarına yollanacaq nümayəndə heyətinin rəhbərinin (şef-de-mission) adına aydınlıq gəlib.

Yenicag.az xəbər vcerir ki, Milli Olimpiya Komitəsinin İdman şöbəsinin müdiri Həsənağa Rzayevin verdiyi xəbərə görə, bu, yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionumuz Fərid Mansurovdur.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri işləyən Fərid Mansurov atletlərimizin və komanda rəsmilərinin rəhbəri olaraq Tokioda Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, Tokio Paralimpiya oyunları üçün şef-de-mission Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiri Rauf Mürsəlov təyin olunub./Oxu.az/

COP29