Cənubi Amerika ölkəsi Ekvadorda son 2 gündə silahlı hücumlar nəticəsində iki bələdiyyə sədri həyatını itirib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki bələdiyyə sədri qanunsuz mədənçilik fəaliyyəti ilə məşğul olan cinayətkar dəstələr tərəfindən öldürülüb.
Ekvador Bələdiyyələr Assosiasiyasının (AME) verdiyi açıqlamada El Oro əyalətinin Portovelo şəhərinin meri Xorxe Moldonadoya silahlı hücum edildiyi bildirilib.
Moldonadonun xəstəxanada öldüyü bildirilən açıqlamada son 2 gündə iki bələdiyyə sədrinin öldürüldüyü vurğulanıb.
Aprelin 17-də Ande əyalətinin Azuay şəhərinin meri Camilo Ponce Enrikes də silahlı hücumda həlak olub.
Ekvadorun San Visente şəhərinin meri Bricit Qarsiya və regional kommunikasiyalar direktoru Jairo Loor martın 25-də sui-qəsd nəticəsində həyatını itirib.
Ölkənin ən gənc bələdiyyə başçısı olan 26 yaşlı Qarsiya və Loor getdikləri avtomobildə ölü tapılıb.
www.yenicag.az