Ölkə başçısı bunu “terrorizmin simvolu” adlandırıb

media-hightechnic-468x90

81739Ukrayna prezidenti Pyotr Poroşenko Davos forumunda çıxış edərkən Volnovaxada separatçılar tərəfindən gülləbaran edilən avtobusun parçasını göstərib.

Yenicag anspress-ə istinadən bildirir ki, ölkə başçısı bunu “terrorizmin simvolu” adlandırıb.

“Mən bura Volnovaxada vurulan avtobusun hissəsini gətirdim, bu terrorizmin simvoludur. Terrorizm – bu Ukraynanın və ya Avropanın problemi deyil, bu qlobal problemdir. Biz terrorizmin öhdəsindən gələcəyik, çünki biz vahidik”, – deyə Poroşenko bildirib.

Qeyd edək ki, yanvarın 13-də Volnovaxa şəhəri yaxınlıqda Buqas blokpostunun yanında sərnişin avtobusu rusiyameyilli separatçıların atəşi altına düşüb. Hadisə zamanı 10 nəfər həlak olub, daha 18 nəfər yaralanıb.
Yaralılardan ikisi sonra xəstəxanada ölüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600