Çexiya prezidenti Miloş Zeman gözlənilməz hücuma məruz qalıb.
Yenicag.az xəbər verir ki, hadisə ölkə başçısı Praqadakı seçki məntəqəsinə baş çəkərkən qeydə alınıb. Belə ki, “Femen” hərəkatının yarıçılpaq fəalı Zeman məntəqəyə daxil olandan sonra ona hücum edib və səs verməsinə mane olmağa cəhd göstərib. Lakin prezidentin mühafizəçiləri həmin qadının qarşısını vaxtında ala biliblər.
Prezident dərhal otaqdan çıxarılsa da, hər şey qaydasına düşdükdən sonra geri qayıdıb və səsvermədə iştirak edib.