Ölkə üzrə düşən yağıntının miqdarı açıqlandı

media-hightechnic-468x90

Dekabr ayının bəzi günlərində ölkə ərazisində hava şəraiti arabir yağıntılı keçib.

Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, əsasən, şərq rayonlarda leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 29 (aylıq normanın 98%-i), Mərkəzi Aran zonasında 16 (aylıq normanın 82%-i), Lənkəran-Astara zonasında 81 (aylıq normanın 79%-i), Balakən-Şəki zonasında 17 (aylıq normanın 57%-i), Qazax-Gəncə zonasında 4 (aylıq normanın 32%-i), Daşkəsən-Gədəbəy zonasında isə 6 mm (aylıq normanın 20%-i) təşkil edir.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i səhərədək davam edəcəyi gözlənilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa