Ölkədən çıxışa məhdudiyyətlər: Hansı hallarda sərhədi tərk etmək mümkün deyil? - VİDEO
Azərbaycanda borclar, cərimələr və ya cinayət işi üzrə status səbəbilə sərhəddən buraxılmama halları artır. Hüquqi prosedurlar və vətəndaşların hansı hallarda ölkəni tərk edə bilməyəcəyi ilə bağlı isə bəzi vətəndaşlar məlumatsızdır.
Mövzu ilə bağlı Yenicag.az-a hüquqşünas Ramil Süleymanov açıqlama verib.

O, vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılmasının yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə həyata keçirilə biləcəyini bildirib.
“Ödənilməyən borclar, cinayət işi üzrə status, cərimələrin ödənilməməsi, cinayət xarakterli cəza tədbirləri kimi hallar olduqda, vətəndaş sərhədi tərk edə bilməz. Qadağa tətbiq olunduqda, icra məmuru tərəfindən şəxsə elektron qaydada SMS bildiriş göndərilir. Bu, vətəndaşın məhdudiyyət barədə vaxtında məlumatlandırılması üçündür.”
Hüquqşünas əlavə edib ki, vətəndaşlar məhkəmə qərardadını aldıqdan sonra 10 gün ərzində həmin qərarı Yuxarı İnstansiya Məhkəməsində mübahisələndirə bilərlər.
Ətraflı məlumat videomaterialda:
Samir Məcid












