!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəyə neçə universitet lazımdır?: "50 yerə 500 hüquqşünas buraxmaq anormallıqdır" – Keçmiş nazir

!Reklam – Yazi

“Nazirlər Kabineti bu məsələni araşdıraraq bir proqram hazırlamalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə mövcud universitetlərin sayının adekvat olub-olmamasına münasibət bildirən keçmiş təhsil naziri Firudin Cəlilov deyib.

Firudin Cəlilovun sözlərinə görə, bütün hallarda universitetlərin sayı tələb və ehtiyac əsasında müəyyənləşməlidir:

“Ölkədə universitetlərin sayını süni şəkildə müəyyənləşdirmək, beş, yaxud da on beş olmalıdır düşüncəsi ilə yanaşmaq doğru deyil. Bu məsələdə əsas olan tələbatdır. Yəni universitetlər neçə məzun buraxacaq, onlardan neçəsini işlə təmin etmək mümkün olacaq, hansı ixtisaslara ehtiyac var… Bu məqamlar əsas götürülməlidir.

Nazirlər Kabineti bu məsələni araşdıraraq bir proqram hazırlamalıdır. O proqramda əhalinin sayı, sosial-iqtisadi durum və başqa aspektlər nəzərə alınmalıdır. Müəyyənləşdirilməlidir ki, hər il neçə həkim və ya mühəndis buraxılmalıdır.

Həmin proqram hazır olandan sonra universitetlərin rəhbərlərini bir yerə yığaraq məsləhətləşmək lazımdır ki, fəaliyyətdə olan ali məktəblərə hansı sayda qəbul keçirilməlidir. Universitetlərin maddi-texniki imkanlarına görə isə müəyyənləşdirmək olar ki, onların sayı on, yoxsa on beş olsun.

Hazırda məndə o rəqəmlər olmadığı üçün indi mövcud olan universitetlərin sayının adekvat olub-olmadığını deməyə çətinlik çəkirəm. Əgər bir ildə əlli məzun-hüquqşünas işə düzələ bilərsə, beş yüz hüquqşünasın hazırlanması anormallıqdır və bu işləri tənzimləmək lazımdır”.

Qeyd edək ki, ötən gün öz işinə başlayan Milli Məclisin payız sessiyasının ilk iclasında bu məsələyə toxunan deputat Fazil Mustafa ölkədə universitetlərin sayının ifrat dərəcədə çox olduğunu bildirib. Deputatın fikrincə, yalnız “diplom vermək” üçün mövcud olan universitetlərdə tədrisin səviyyəsindən danışmağın yeri yoxdur.

Deputatın fikrincə, indiki şəraitdə universitetlərin sayının azaldılması üçün onların birləşdirilməsi lazımdır.

A.Zeynalov

www.yenicag.az

1841
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv