“Ölüm cəzası sərtləşdirilməlidir” – Donald Tramp

ABŞ Prezidenti Donald Tramp Pittsburq şəhərindəki sinaqoqa silahlı hücumdan sonra ölüm cəzası haqqında qanunu sərtləşdirməyə çağırıb.

Yenicag.az xəbər verir ki, D.Tramp jurnalistlərə açıqlamasında günahsız insanları öldürənlərin ən ağır şəkildə cəzalandırılmalı olduğunu deyib.

“Düşünürəm ki, bizim atmalı olduğumuz birinci addım bu qanunun sərtləşdirilməsidir”, – deyə Prezident vurğulayıb.

Xatırladaq ki, bu gün ABŞ-ın Pittsburq şəhərindəki sinaqoqa silahlı hücum nəticəsində ən azı 8 nəfər həlak olub. Törətdiyi cinayətdən sonra təslim olan şəxs polis tərəfindən dindirilir.

COP29