Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Ömrümüzün sonuna kimi onlara borcluyuq"- Qazi və şəhid ailələri üçün ZƏFƏR KONSERTİ - FOTOLAR

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Şanlı Qələbənin birinci il dönümü münasibətiylə şəhid və qazi ailələri üçün Zəfər konserti təqdim olunub.

Uşaq Filarmoniyanın mətbuat katibi Məkkə Rəsulzadə Yenicag.az-a açıqlamasında bildirib ki, tədbir dövlət himni ilə başlayıb. Daha sonra bir-birinin ardınca Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı, “Şəms” uşaq xoru, rəqs ansamblı, Musiqili uşaq teatrı, vokal və gitara sinfi iştirak ediblər.

Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva saytımıza açıqlamasında konsert proqramının xüsusi diqqət, sevgiylə seçilib, hazırlandığını deyib:

“Bu günü qürur və fəxarətlə qeyd edirik. Biz haqq savaşında qalib gəlmişik. Ali Baş Komandanımız İlham Əliyevin uğurlu siyasəti, müzəffər ordumuzun şücaəti və şəhidlərimizin igidliyi sayəsində bütöv bir Azərbaycana qovuşmuşuq. Bəlkə də, Dövlət Uşaq Filarmoniyasının balaca istedadlarının ən çətin və ən məsuliyyətli çıxışı oldu. Çünki biz ömrümüzün sonuna kimi şəhidlərimizə, qazilərimizə borcluyuq”.

Konsertdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Musiqi Sektor müdiri Vüqar Hümbətov də iştirak edib.

Konsert proqramı, əsasən, Azərbaycan bəstəkar mahnıları, xlaq mahnı və rəqslərindən ibarət olub. Musiqili uşaq teatrının aktyorları isə kiçik səhnəciklərlə “Qarabağa gedən yol”u əks etdiriblər.

Sonda “Yaşa Azərbaycan” rəqsi ilə bütün iştirakçılar səhnəyə çıxıblar.

Tədbirdən fotoları təqdim edirik:

Cəvahir

www.yenicag.az

293
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100