Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

On minlərlə vətəndaş üçün önü kəsilən SOSİAL YARDIM: “İşsiz statusu üçün şərtlər yetərincə ağırdır”

“Mövsümi işdə çalışanlar, evdar xanımlar, tələbələr, təqaüdçülər və bu kimi kateqoriyaya daxil olan on minlərlər şəxs sosial yardımdan yararlana bilməyəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə koronavirus infeksiyası ilə mübarizə istiqamətində atılan addımlar fonunda hökumətin qəbul etdiyi sosial dəstək paketinin tətbiqinə münasibət bildirən iqtisadçı Vüsalə Əhmədova bildirib.

Vüsalə Əhmədovanın sözlərinə görə, işsiz statusu almaq üçün tələb olunan şərtlər yetrincə ağırdır və bu fonda on minlərlə vətəndaşın birdəfəlik yardımdan faydalanması haradasa, mümkünsüzdür:

“Koronavirusla bağlı iqtisadi zərərləri azaltmaq məqsədilə Nazirlər Kabinetinin Tədbirlər Planı çərçivəsində 2,5 milyard manat vəsait ayrılıb. Planda fərdi sahibkarlara müxtəlif vergi güzəştləri, dövlət zəmanəti ilə güzəştli kreditlərin verilməsi və digər güzəştlərin tətbiqi nəzərdə tutulur.

Əhalinin böyük əksəriyyətini isə birdəfəlik yardımlar maraqlandırır. Tədbirlər Planına əsasən, bu il may-aprel aylarında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınan şəxslərə 190 manat civarında yardım ediləcəyi nəzərdə tutulub.

İşsizlərin qeydiyyata alınması qaydalarına nəzər salsaq, əhalinin müəyyən qisminin işsiz status almasında çətinliyin yarandığını görə bilərik. Məsələn, Məşğulluq Mərkəzində qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq üçün Mərkəzə gəlməyənlər, təklif edilən iki işdən heç birini qəbul etməyən, azadlıqdan məhrum edilmə cəzası çəkənlər, muzdla işləyənlər, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar və mülkiyyətində torpaq payı olan şəxslər işsiz sayılmır.

Bu baxımdan, mövsümi işdə çalışanlar, evdar xanımlar, tələbələr, təqaüdçülər və bu kimi kateqoriyaya daxil olan on minlərlə vətəndaş yardımdan yararlana bilməyəcək.

Koronavirus pandemiyası ilə mübarizə fonunda demək olar ki, dünya ölkələrində vətəndaşlara və sahibkarlara dövlət dəstəyi üçün ciddi büdcə ayrılıb. Məsələn, o məbləğ Polşada 51,3 milyard dollar, Çexiyada 40 milyard dollardır. Azərbaycanın əhaliyə sosial dəstək məqsədilə ayırdığı vəsait Ümumi Daxili Məhsulun cəmi 3.6 faizini, dövlət büdcəsinin isə təqribən 12 faizini təşkil edir. Yaxın zamanlarda büdcə xərclərinin strukturunda bəzi dəyişikliklərin baş verəcəyi gözləniləndir”.

Gülşən Şərif

www.yenicag.az

1222
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100